06 aprel 2024, 11:24

Əliqüdrət Təhməzlidən, Lənkəran, Azərbaycan

Çox hörmətli cənab Ali Baş Komandan!

Siz Azərbaycan xalqına tam suveren, demokratik, davamlı inkişafda olan bir ölkə bəxş etmisiniz. Beynəlxalq səviyyədə bizi ən yüksək səviyyədə təmsil edərək haqqımızı tapdanmağa qoymadınız. Güclü və qüdrətli ordu yaradaraq düşmənlərimizə qalib gəldiniz və xalqımızın otuz illik torpaq həsrətinə son qoydunuz, Sizin müdrik və güclü siyasətiniz nəticəsində Azərbaycan dünyada söz sahibi ölkələrdən biri olmuşdur.

Hər bir vətənpərvər vətəndaşımız kimi mən də, müasir müstəqil Azərbaycanın xoşbəxt bir gənci olaraq, Sizə sonsuz minnətdarlığımı bildirirəm. Azərbaycan gəncləri Sizi sevir və daim dəstəkləyir.

Mən fəxr edirəm ki, Sizin kimi böyük Ali Baş Komandanımız var. Biz gənclərə daim dəstək olduğunuz üçün Sizin yolunuzda hər şeyə hazıram.

Allah Sizi bizə çox görməsin!

Hörmətlə,

Əliqüdrət Təhməzli

Azərbaycan Respublikası, Lənkəran şəhəri.