05 aprel 2024, 16:07

Sevgili Rəsulovadan, Oğuz, Azərbaycan

Hörmətli cənab Prezident!

Torpaq sahəmə dair dövlət aktı barədə Sizə yazdığım müraciətimə çox obyektiv, qanunamüvafiq baxıldığına və məsələnin müsbət həll olunduğuna görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Siz ölkə vətəndaşlarının hər zaman ümid yeri, pənah ünvanı olmusunuz. Sizə ünvanlanan müraciətlər əsasında sadə kənd sakinlərinin problemləri öz həllini tapıb. Biz çox xoşbəxtik ki, Azərbaycan Respublikasının vətəndaşlarıyıq.

Fürsətdən istifadə edərək, Sizi yaxınlaşmaqda olan müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirəm. Sizə və ailə üzvlərinizə möhkəm cansağlığı arzulayıram.

Hörmətlə,

Rəsulova Sevgili

Azərbaycan Respublikası, Oğuz rayonu, Tayıflı kəndi.