05 aprel 2024, 13:11

Məhəbbət Abdullayevadan, Naftalan, Azərbaycan

Hörmətli cənab Prezident.

2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar zəfər seçkilərində qələbə qazanmağınız münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Siz, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı kimi xalqımızın arzularını yerinə yetirdiniz. Qalib ölkənin vətəndaşı olmağımla fəxr edir, qürur duyuram. Həyata keçirdiyiniz müstəsna xidmətlərinizlə adınızı əbədi olaraq tarixə qızıl hərflərlə yazdırmısınız. Çox minnətdaram!

Cənab Prezident, Sizə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayıram. Ulu Tanrı Sizi ölkəmizin, xalqımızın, ailənizin başı üzərindən əskik etməsin!

Hörmətlə,

Abdullayeva Məhəbbət Adil qızı.

Azərbaycan Respublikası, Naftalan şəhəri.