01 aprel 2024, 13:00

Aynur Bəşirlidən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Həyatımda ilk dəfədir ki, hisslərimi dolğunluğu ilə ifadə etməkdə çətinlik çəkirəm. Axı Ulu Öndər Heydər Əliyevi müşayiət etmiş jurnalist korpusunun ən gənc üzvü olmaq, onun xeyir-duası ilə prezidentlik xronikasının ilk nəşrini ərsəyə gətirmək, 25 ildən sonra isə bu xronikanı tamamlayıb 100 illiyə ərmağan etmək hər kəsin qismətinə düşə biləcək xoşbəxtlik deyil. Amma bundan da böyük bir xoşbəxtliyi 2023-cü il sentyabrın 20-də yaşadım – bir sutkadan az davam edən misilsiz antiterror əməliyyatı uğurla başa çatmış, tarixi ədalət bərpa olunmuşdu. Müstəqil Azərbaycanın 1993-cü ilin 9 iyununda Ulu Öndərin qayıdışı ilə başlayan taleyüklü bir dövrü Sizin parlaq qələbənizlə tamamlanır, Azərbaycan keyfiyyətcə yeni bir mərhələyə daxil olurdu. Bu yeni tarixin müasiri olmaq möcüzəni öz gözlərinlə görmək deməkdir.

Möhtərəm cənab Prezident, Azərbaycan xalqı son seçkidə Sizə səs verməklə öz gələcəyinə səs verdi. Sizə daha qüdrətli Azərbaycan naminə genişmiqyaslı və çoxşaxəli fəaliyyətinizdə yeni-yeni uğurlar diləyir, möhkəm cansağlığı, ailənizlə birlikdə fərəh dolu günlər arzulayıram. Uca Tanrı hər zaman Sizə yar olsun!

Dərin hörmət və ehtiramla,

Aynur Bəşirli,

siyasi elmlər üzrə fəlsəfə doktoru

Azərbaycan Respublikası, Bakı şəhəri