29 mart 2024, 18:31

“Qarabağ Qaziləri” İctimai Birliyinin Mingəçevir şəhər filialının idarə heyəti və üzvləri adından, Mingəçevir, Azərbaycan

Hörmətli cənab Prezident.

“Qarabağ Qaziləri” İctimai Birliyi və onun Mingəçevir şəhər filialı Ana Vətənimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda erməni işğalçı ordusuna qarşı döyüşmüş və yaralanmış Qarabağ qazilərini, şəhid ailələrini, müharibə veteranlarını birləşdirir. Birliyimizin məqsədi və məramı dövlətçiliyə xidmət göstərməklə bərabər, Qarabağ qazilərinə, şəhid ailələrinə, müharibə veteranlarına qanunla nəzərdə tutulan güzəşt və imtiyazlardan yararlanmaqda kömək etməkdən ibarətdir.

Hörmətli cənab Prezident, Sizin sayənizdə Azərbaycan günü-gündən çiçəklənir və inkişaf edir. Bütün bunlara, həmçinin Qarabağ qazilərinə, şəhid ailələrinə və veteranlara göstərdiyiniz xüsusi qayğı və səmimi münasibətə görə bu kateqoriyalardan olan vətəndaşlar adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətli cənab Prezident, biz – Qarabağ qaziləri həmişə Sizinləyik. Ulu Tanrıdan Sizə möhkəm cansağlığı, ölkəmiz üçün gördüyünüz işlərdə uğurlar arzulayırıq.

Dərin hörmətlə,

“Qarabağ Qaziləri” İctimai Birliyinin Mingəçevir şəhər filialının idarə heyəti və üzvləri adından.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.