29 mart 2024, 17:00

Səadət Müslümovadan, Bakı, Azərbaycan

Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev!

Sizin uzaqgörən siyasətinizi mən və ailəm hər zaman dəstəkləyirik. Siz dünya azərbaycanlılarının əvəzsiz Liderisiniz. Sizin qətiyyətli və məqsədyönlü fəaliyyətiniz nəticəsində Azərbaycan xalqının əsas taleyüklü məsələsi 2020-ci ildə həll olundu. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək böyük bir Zəfər tarixi yazdı, Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Biz haqq yolunda apardığımız mübarizədə qalib gəldik. Bu qələbə sevincini bizə yaşadan Müzəffər Ali Baş Komandanımız, şəhidlərimiz, qazilərimiz, Ordumuz oldu.

Sizin, müharibə dövründə onlarla müsahibələr verməyinizi, ermənipərəst jurnalistlərin təxribat dolu suallarını tarixi faktlar və dəlillərlə cavablandırmağınızı xüsusi vurğulamaq istərdim.

Bu gün artıq ölkəmizin qarşısında yeni hədəflər dayanıb. İşğaldan azad olunmuş ərazilərdə misilsiz, nəhəng yenidənqurma işləri aparılır, abadlıq, quruculuq işləri gedir. Bizim dövlətimiz regionda lider olan dövlətdir. Bizim iqtisadiyyatımız, güclü Ordumuz, qüdrətli və ən nəhayət güclü Liderimiz var. Azərbaycan xalqı bundan sonra da təməli Ulu Öndər tərəfindən qoyulmuş siyasətə dəstək verərək, Müzəffər Ali Baş Komandanın ətrafında daha da sıx birləşəcək, yeni hədəf və nailiyyətlərə doğru irəliləyəcək.

Fəxr edirik ki, müdrik Prezidentimiz, güclü Ali Baş Komandanımız var!

Hörmətlə,

Səadət Müslümova

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.