28 mart 2024, 14:30

Əli Nağıyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizi 7 fevralda keçirilmiş növbədənkənar prezident seçkilərində qazandığınız qələbə münasibətilə təbrik edirəm.

2003-cü ildə xalqın yüksək etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildiyiniz gündən Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olduğunuzu fəaliyyətinizin bütün sahələrində əldə etdiyiniz uğurlarla sübuta yetirdiniz, sözün əsl mənasında hər bir azərbaycanlının Prezidenti olduğunuzu təsdiqlədiniz. Bununla da ümumxalq sevgisi qazandınız və növbəti qələbələrin qazanılmasına möhkəm əsas yaratdınız. Bütün bunlar Sizin uca şəxsiyyət, uzaqgörən siyasi xadim, müdrik rəhbər olmağınızın göstəricisidir.

Möhtərəm Prezident, 2020-ci ilin sentyabrına qədərki dövrdə bir ali rəhbər kimi əldə etdiyiniz çoxsaylı nailiyyətlər adınızı uğurlu Prezident, böyük şəxsiyyət kimi Azərbaycanın tarixinə yazmışdısa, Siz Müzəffər Ali Baş Komandan olaraq 44 günlük Vətən müharibəsində Ordumuzla və xalqımızla birlikdə qazandığınız Zəfərlə Böyük Türk tarixinə düşdünüz. Bu şanlı Qələbə ilə Azərbaycanımızın yeni şərəfli tarixini yaratdınız. Sizə dərin minnətdarlığımı bildirir, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Əli Nağıyev.

Azərbaycan Respublikası, Bakı şəhəri.