28 mart 2024, 12:52

Əvəz Cəfərovdan, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizi növbədənkənar prezident seçkilərində qazandığınız inamlı qələbə, eyni zamanda, qarşıdan gələn Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirəm.

Cənab Prezident, atamın Heydər Əliyev şəxsiyyətinə böyük ehtiramı və sevgisi var idi. Siz, Ulu Öndərin arzularını həyata keçirərək ata vəsiyyətini yerinə yetirdiniz. Sizin mahir sərkərdəliyiniz və ordumuzun rəşadəti sayəsində doğma Qarabağımız işğaldan tam azad olundu. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə cansağlığı arzulayıram.

Allah Sizi, ailənizi, xalqımızı və Turan birliyini qorusun!

Hörmətlə,

Cəfərov Əvəz Qafur oğlu.

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Talıstan kəndi.