29 mart 2024, 14:15

Emelya Abbasovadan, Naftalan, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Siz Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə xalqımızın tarixi problemini həll etdiniz. Uzaqgörən siyasətiniz sayəsində ölkəmiz tarixinin ən qüdrətli dövrünü yaşayır.

Cənab Prezident, xalqımız Sizin yürütdüyünüz uğurlu daxili və xarici siyasətə öz layiqli qiymətini verdi. Seçkilərdə qazandığınız qələbə münasibətilə Sizi təbrik edirik.

Xalqımız daim Sizinlədir.

Allah Sizi qorusun!

Hörmətlə,

Abbasova Emelya Sabir qızı

Azərbaycan Respublikası, Naftalan şəhəri.