27 mart 2024, 17:20

Zənifə Nəbiyevadan, Naftalan, Azərbaycan

Möhtərəm cənab Prezident!

Xalqımız, eləcə də vaxtilə Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımız ölkəmizin qüdrətinin artmasından fərəhlənir, qürur hissi keçirirlər. Sizin uğurla həyata keçirdiyiniz siyasət dövlətimizin inkişafına, xalqımızın firavanlığına öz töhfəsini verir.

Otuz illik işğala son qoyan Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, tarixi torpaqlarımızda bayram tonqallarını alovlandıran qüdrətli Sərkərdə!

Biz – Qərbi azərbaycanlılar əminik ki, gün gələcək dədə-baba torpağımızda, doğma mahallarda Novruz tonqallarını alovlandıracaqsınız. İnanırıq ki, o gün çox yaxındır.

Tanrı daim Sizi və ailənizi hifz etsin!

Hörmətlə,

Nəbiyeva Zənifə Həsən qızı

Azərbaycan Respublikası, Naftalan şəhəri.