27 mart 2024, 11:30

Şəfa Bəşirovadan, Naftalan, Azərbaycan

Hörmətli cənab Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı!

Respublikamızda keçirilən prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi ailəm adından ürəkdən təbrik edirəm.

Ölkəmizə rəhbərlik etdiyiniz illər ərzində müstəqil Azərbaycanın sürətli inkişafı və tərəqqisi üçün həyata keçirdiyiniz davamlı tədbirlər, məqsədyönlü işlər öz müsbət nəticələrini verir. Qırx dörd günlük Vətən müharibəsində qazandığınız tarixi Qələbə ilə ölkəmizin ərazi bütövlüyünü təmin etdiniz, Azərbaycanın Zəfər tarixini yazdınız.

Hörmətli cənab Prezident, Sizinlə fəxr edirik. Bütöv Azərbaycanı xalqımıza bəxş etdiyiniz üçün Sizə minnətdarıq. Vətənimizin inkişafı naminə atdığınız bütün addımlarda Sizə uğurlar arzu edirik.

Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Bəşirova Şəfa Nəsib qızı

Azərbaycan Respublikası, Naftalan şəhəri.