27 mart 2024, 14:35

Fəttah Qədirovdan, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi növbədənkənar prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə ürəkdən təbrik edir və növbəti prezidentlik fəaliyyətiniz dövründə uğurlar arzulayıram.

Son zamanlar ölkəmizin sürətli inkişafı, bütün sahələrdə qazanılan uğurlar, eyni zamanda ərazi bütövlüyümüzün bərpası Sizin adınızla bağlıdır.

Bu seçkidə keçirdiyim hisslər cümlələr, sözlər ilə ifadə edilə bilməyəcək qədər möhtəşəm idi. Sizin “Xankəndidə verdiyim səs, o qutuya atdığım bülleten sadəcə olaraq bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi” cümləniz hər bir Azərbaycan vətəndaşı kimi məni də qürurlandırdı.

Sizin möhkəm siyasi iradəniz, Azərbaycan xalqının Sizə olan etimadını doğrultmağınız, eyni zamanda xalqımızın nüfuzunu dünya xalqları arasında zirvələrə qaldırmağınız tariximizdəki ən böyük nailiyyətlərdən biridir.

Cənab Prezident, mən sadə, əməkçi ailəsində dünyaya göz açmışam. Hazırda pensiyaçıyam və yaşıma görə çox sevincli-kədərli hadisələrə şahid olmuşam.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, daim zəfər, uğurlar diləyirəm. Sizin kimi qətiyyətli Liderimiz, müzəffər Ali Baş Komandanımız olduğuna görə böyük fəxarət hissi duyuruq. Qalib xalqın qalib Liderinə eşq olsun!

Uca Allah Sizi və ailənizi qorusun!

Hörmətlə,

Qədirov Fəttah İdris oğlu.

Azərbaycan Respublikası, Masallı rayonu, Yeyənkənd kəndi.