19 mart 2024, 16:24

Şahmalı Həsənovdan, Bakı, Azərbaycan

Azərbaycan Respublikasının Müzəffər Ali Baş Komandanı, dünya üzrə ən yüksək rütbə sayılan Generalissimus adına layiq olan İlham Heydər oğlu Əliyev!

Günəşli Azərbaycana yenidən Prezident seçilməyiniz münasibəti ilə Sizi səmimi-qəlbdən təbrik edirik. Sizə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya ailənizlə birlikdə can sağlığı, uzun ömür, səadət və gələcək işlərinizdə müvəffəqiyyətlər arzulayırıq.

Sizin Prezident seçilməyinizə çox sevindim. Mən özüm prezident seçkilərində müşahidəçi qismində yaxından iştirak etdim. Azərbaycan yeni uğurlu bir tarixə imza atdı. Çiçəklənən respublikamız Sizin sayənizdə daha da gözəlləşəcək, bütün dünyaya nümunə olacaq. Sizin müdrik rəhbərliyinizlə ölkəmizin milli maraqlarının və xalqımızın rifahının bundan sonra da təmin olunacağına əminik. Qarabağımız dünyada elə bir səviyyəyə qalxacaq ki, nankor düşmənlərimiz baxıb paxıllıqdan kor olacaqlar. Respublikamız öz torpağının tam sahibidir, inşallah daimi belə olacaq. Bunlar hamısı Sizin apardığınız güclü siyasətin nəticəsidir. Azərbaycan xalqı Sizə inanır, güvənir və dualar edir. Çünki, Siz bizim ümid yerimizsiniz. Sizin müdrikliyiniz o qədər yüksək səviyyədədir ki, dünyanın bir çox dövlətlərinin xalqları özlərinin Sizin kimi Prezidenti olmasını arzulayırlar.

Nə yaxşı ki, varsınız. Allah “dəmir yumruğ”unuza qüvvət versin. Gözü götürməyənlərə lənət olsun. Mən arzulayıram ki, Siz həmişəlik bizim Prezidentimiz olasınız və xalqımız daim firavan yaşasın.

Allahdan şəhidlərimizə rəhmət diləyirəm. Qazilərimizə sağlam həyat, hərbçilərimizin qollarına qüvvət, dizlərinə taqət arzulayıram.

Hörmətli Prezident, xalqımız həmişə Sizin yanınızdadır və elə də olacaqdır.

Ya Rəbbim həmişə Prezidentimizə kömək ol, onu bütün xəta-bəlalardan qoru, önündə işıqlı, nurlu yollar aç!

Qarabağ bizimdir!

Qarabağ Azərbaycandır!

Həsənovlar ailəsi adından hörmətlə,

Həsənov Şahmalı Məhər oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.