19 mart 2024, 15:00

Coşqun Zeynalovdan, Cəlilabad, Azərbaycan

Cənab Prezident,

Mən, Zeynalov Coşqun Çingiz oğlu gənc bir müharibə veteranı olaraq Sizə öz dərin təşəkkürümü bildirirəm. Ona görə ki, işlə təmin olunmağım barədə Sizə ünvanladığım müraciət müsbət həll olunmuşdur. Bunu, Müzəffər Ali Baş Komandanın öz sıravi əsgərinə qayğısı kimi qiymətləndirirəm.

Sizin Ali Baş Komandanlığınızla torpaqlarımızım azadlığı uğrunda vuruşmaq və məqsədə nail olmaq çox qürurludur. Allahdan Sizə möhkəm can sağlığı, işlərinizdə uğurlar arzu edirəm. Hər zaman Sizi dəstəkləyir, hər zaman Sizin yanınızdayam.

Fürsətdən istifadə edərək, Sizi qarşıdan gələn Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Hörmətlə,

Zeynalov Coşqun Çingiz oğlu,

İkinci Qarabağ müharibəsi iştirakçısı

Azərbaycan Respublikası, Cəlilabad şəhəri.