Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Rişi Sunakdan

14 mart 2024, 22:10

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident Əliyev.

Sizi XI Qlobal Bakı Forumunun keçirilməsi münasibətilə təbrik edirəm.

Bu Forum vacib bir vaxta təsadüf edir. Bakı noyabrda COP29-a ev sahibliyi edəcək və bütün dünyanın nəzəri heç zaman olmadığı qədər Azərbaycana yönələcəkdir. Bilirəm ki, ölkəniz bu çağırışın öhdəsindən layiqincə gələcək və ənənəvi qonaqpərvərliklə mükəmməl tədbir təşkil olunacaq.

Dubayda COP28 çərçivəsində keçirilmiş Qlobal Dəyərləndirmə təcili fəaliyyətə ehtiyac olduğunu nümayiş etdirdi. Bu il razılaşdırdığımız iddialı öhdəliklərin həyata keçirilməsi baxımından diqqət Azərbaycanda olacaqdır. Birlikdə biz mərhələli şəkildə yanacaq enerji növlərindən və davamlı kömür istifadəsindən imtina yolu ilə enerji keçidlərini irəlilətməli və qlobal tullantıları azaltmalıyıq. Biz, həmçinin həssas vəziyyətdə olan ölkələrin iqlim dəyişikliklərinə qarşı dözümlülyünü gücləndirməyə davam etməliyik.

Böyük Britaniya da neft və qaz istehsalçısı olan bir ölkə kimi, qlobal istiləşmənin 1.5 dərəcədə məhdudlaşdırılmasına dair Paris öhdəliyinə sadiq qalaraq, xalqlarımızın və planetimizin gələcəyinin təmin edilməsi üçün ədalətli enerji keçidi üçün kursun müəyyən edilməsinin zərurətini anlayır.

COP29 çərçivəsində maliyyə sahəsinə ciddi diqqət yetiriləcəkdir. Biz iqlim dəyişikliyi ilə mübarizə üçün milyardlarla deyil, trilyonlarla ölçülən geniş maliyyə mənbələrini səfərbər edəcək “Yeni Kollektiv Kəmiyyət Məqsədi” ilə bağlı iddialı nəticələr əldə etməliyik. Böyük Britaniya hər bir COP tədbiri zamanı əvvəlki illə müqayisədə daha iddialı hədəflərin qarşıya qoyulması üçün Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri və Braziliya ilə əlaqələndirilmiş şəkildə fəaliyyət göstərə bilməsi imkanını alqışlayır. Biz bu tədbirə hazırlıq mərhələsində COP26-nın Qlazqoda keçirilməsi ilə bağlı əldə etdiyimiz təcrübəni Azərbaycanla bölüşməyə hazırıq.

Azərbaycan bütün dünyada dəyər verilən məhsulların daşındığı ticarət marşrutlarının üzərində yerləşir. Böyük Britaniya Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyaya, Türkiyə və Qara dəniz vasitəsilə isə Avropaya aparan yeni bağlantıların açılmasını dəstəkləməkdə davam edəcəkdir.

Qlobal Bakı Forumunun bugünkü XI iclasında qonaqlarınız yəqin ki, birgə təhlükəsizliyimizi və firavanlığımızı qoruyan ümumi, BMT Nizamnaməsində həkk olunan və bu gün bir çox istiqamətdən hücuma məruz qalan prinsip və dəyərlərdən danışacaqlar.

Azərbaycan özünün gələcəyi ilə bağlı yol kəsişməsindədir. Hazırda sizin Ermənistanla onilliklər boyu davam edən münaqişəyə son qoymaq üçün tarixi fürsətiniz var. Dünya sizin dekabr ayında verdiyiniz birgə bəyanatı alqışladı. Bu ilin noyabrında Bakıya səfər edərkən sülh müqaviləsinin artıq imzalandığını və təmin edildiyini, iqlim, enerji, su və ərzaq təhlükəsizliyinə dair ümumi çağırışların öhdəsindən birgə gəlməyə sadiq olan Cənubi Qafqaz ölkələrini görmək daha da əhəmiyyətli bir hadisə olardı.

Biz belə fürsətlərin aktual olmasını və ya mütləq yenidən meydana gəlməsini heç də təbii qəbul etmirik. Bəziləri çətinliklə nail olunmuş sülh və hamının maraqlarına hörmət üzərində qurulmuş əməkdaşlığı seçmək əvəzinə, dünyanı silahlı münaqişə və rəqabət mühitinə sürükləyir. Dünyanın təlatümlü və qeyri-müəyyən mərhələdə olduğu dövrdə biz sabitlik və müəyyənlik naminə fürsətdən yararlanacaq Azərbaycana nəzər salırıq.

Böyük Britaniya və Azərbaycan arasında olan əlaqələr qarşılıqlı firavanlıq və təhlükəsizlik maraqları naminə dərinləşməyə və genişlənməyə davam edir. 2024-cü ilin sonuna doğru COP tədbirinin Bakıda uğurla keçirilməsini dəstəkləmək üçün Böyük Britaniya yanınızda olacaqdır. Ümid edirəm ki, o vaxtadək siz Ermənistanla davamlı sülhə nail olacaqsınız və biz iki ölkəmiz arasında tərəfdaşlıq və əməkdaşlığın yeni dövrünə qədəm qoya biləcəyik. Sizə məhsuldar müzakirələr arzulayıram.

Hörmətlə,

Rişi Sunak

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş

Krallığının Baş naziri

SƏNƏDLƏR Sərəncamlar 02 may 2024
15:34
1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 1941–1945-ci illər İkinci Dünya müharibəsində Qələbənin 79-cu ildönümü ilə əlaqədar qərara alıram:

1. 1941–1945-ci illər İkinci Dünya...

02 may 2024, 15:34
SƏNƏDLƏR Fərmanlar 02 may 2024
15:32
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanında dəyişiklik edilməsi və “Energetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 1 fevral tarixli 85 nömrəli Fərmanının ləğvi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Energetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1006-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1....

02 may 2024, 15:32
SƏNƏDLƏR Fərmanlar 01 may 2024
14:30
“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1112-VIQD nömrəli Qanununun tətbiqi və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 26 yanvar tarixli 266 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan...

01 may 2024, 14:30