15 mart 2024, 12:47

Nicat Məmmədovdan, Bərdə, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin gənclərə, savadlı və zəhmətkeş insanlara diqqətiniz böyükdür. Gənclərin yaxşı təhsil almasına, onların inkişafına, gənc istedadların dəstəklənməsinə yönəlmiş addımlarınız ölkəmizin gələcəyi üçün böyük əhəmiyyət kəsb edir. Sizin bu sahədəki səyləriniz azərbaycanlı gəncləri ruhlandırır və onların öz potensiallarını üzə çıxarmasına, ölkəmizin inkişafı naminə istifadə etməsinə əlverişli zəmin yaradır. Ölkə gəncləri Sizi yekdilliklə dəstəkləyir.

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Seçkilərdə qazandığınız qələbə xalqımızın da uğurudur və həyata keçirdiyiniz mükəmməl liderliyin davam edəcəyinin mayakıdır. Sizin səyləriniz, islahatlarınız Azərbaycan Respublikasını daha da qüdrətləndirməkdə və dirçəltməkdədir. Sizə uzun ömür və uğurlu illər, möhkəm cansağlığı, əmin-amanlıq və firavanlıq arzulayıram.

Azərbaycan gəncləri daim Sizinlədir.

Tarix yazan şəxsiyyət, Sizə ehtiramımız və güvənimiz sonsuzdur!

Hörmətlə,

Məmmədov Nicat

Azərbaycan Respublikası, Bərdə şəhəri.