15 mart 2024, 14:44

Şəhid atasından, Lerik, Azərbaycan

Cənab Prezident.

Mən, “Azərbaycan Bayrağı” ordenli, Şuşanın, Xocavəndin, Kəlbəcərin azad olunmasına görə, “Vətən uğrunda” və “Şücaətə görə” medalları ilə təltif olunmuş şəhid baş leytenant Əliqismət Yaqublunun atasıyam. Şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğınızdan hər zaman razı qalmışam.

Nəzərinizə çatdırım ki, digər oğlum Elşad Yaqublu neft sahəsi üzrə mütəxəssisdir. Ötən il işi ixtisara düşdüyündən işsiz qalmışdı. Mən, məktubla Sizə müraciət etdikdən sonra, Sizin köməyinizlə oğlum əvvəlki iş yerində işlə təmin olundu.

Bir şəhid atasının xahişini yerinə yetirdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Allah köməyiniz olsun.

Hörmətlə,

Yaqubov Mükafat Elşad oğlu,

şəhid atası.

Azərbaycan Respublikası, Lerik şəhəri.