15 mart 2024, 13:50

Həsrət Şıxaliyevdan, Hacıqabul, Azərbaycan

Çox hörmətli cənab Prezident!

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz, həmçinin qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə Hacıqabul dindarları adından təbrik etməyi özümüzə şərəf bilirik.

Cənab Prezident, Siz Ulu Öndərin vəsiyyətini yerinə yetirərək 44 günə Azərbaycan xalqına Zəfər sevinci yaşatdınız, tariximizin kədərli, qara günlərini əks etdirən hissəsinin üstündən xətt çəkdiniz, xalqımızın tarixinə şərəfli səhifələr yazdınız. O tarix ki, onu yalnız Sizin kimi xalqına, millətinə böyük sevgi ilə bağlı olan, xalqın mənafeyini hər şeydən üstün tutan Ali Baş Komandan, əsl rəhbər yaza bilərdi.

Sizə bir daha Hacıqabul rayon dindarları adından təbrik edir, möhkəm cansağlığı, ölkəmizin inkişafı naminə müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

Şıxaliyev Həsrət Xanbaba oğlu

Azərbaycan Respublikası, Hacıqabul rayonu, Abdulabad kəndi