15 mart 2024, 11:33

Aynur İbrahimovadan, Şirvan, Azərbaycan

Hörmətli cənab Prezident,

Növbədənkənar prezident seçkilərində qazandığınız qələbə münasibətilə Sizi Şirvan şəhər mədəniyyət işçiləri adından səmimi-qəlbdən təbrik edir, şərəfli işinizdə uğurlar arzu edirik.

Yüksək diplomatik bacarığınız, mahir sərkərdəlik keyfiyyətləriniz ölkədə və onun hüdudlarından kənarda Sizə haqlı olaraq böyük hörmət və sevgi qazandırıb. Bu gün Azərbaycan Sizin rəhbərliyinizlə inamla irəliləyir.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Hörmətlə,

İbrahimova Aynur Əlimurad qızı,

Şirvan şəhər tarix-diyarşünaslıq muzeyinin direktoru.

Azərbaycan Respublikası, Şirvan şəhəri.