14 mart 2024, 17:12

Əlibəy Şükürovdan, Şirvan, Azərbaycan

Hörmətli cənab Prezident,

Demokratik cəmiyyətdə öz funksiyalarını yerinə yetirərkən cəmiyyətimizin və dövlətimizin maraqlarının qorunmasında prinsipiallıq və peşəkarlıq nümayiş etdirməklə Siz daim xalq qarşısında özünüzü sübut etmiş dahi şəxsiyyətsiniz. Ümummilli Liderimiz Heydər Əliyevin siyasi məktəbinin layiqli davamçısı, qalib ölkənin qalib Lideri olmağınızla hər zaman fəxr edir, qürur duyuram. Otuz il işğal altında qalmış əzəli torpaqlarımız Sizin qətiyyətiniz və əzminiz sayəsində yağı düşməndən azad olundu.

Azərbaycanın daha da çiçəklənməsi, xalqımızın rifahının yaxşılaşması naminə bundan sonra da qətiyyət və əzmlə çalışacağınıza əminik. Buna görə də Siz prezident seçkilərində qalib gəldiniz.

Sizi Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar prezident seçkilərində qalib gəlməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə işlərinizdə uğurla arzu edirəm

Hörmətlə,

Əlibəy Şükürov

Azərbaycan Respublikası, Şirvan şəhəri.