13 mart 2024, 11:45

Kəhlik Əhmədovadan, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezidentimiz, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı!

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə Sizin sərəncamınız əsasında “Tərəqqi” medalı ilə təltif olunduğum üçün Sizə öz minnətdarlığımı bildirirəm.

Ulu Öndər Heydər Əliyevin uğurlu davamçısı olan Prezidentimizin biz həmişə arxasındayıq. Böyük Allahdan Sizə və ailənizə uzun ömür və möhkəm cansağlığı arzulayıram.

İkinci Qarabağ müharibəsi və 2023-cü ilin sentyabr ayında həyata keçirilən antiterror tədbirləri zamani bütöv Azərbaycan üçün etdiklərinizi biz Azərbaycan vətəndaşları heç vaxt unutmayacağıq. Bu gün dünyada baş verən proseslər fonunda bizim Azərbaycanda sülh və əmin-amanlığın olması Sizin uğurlu siyasətinizin nəticəsidir.

Azərbaycan xalqı daim Sizin yanınızdadır.

Hörmətlə,

Əhmədova Kəhlik Talış qızı,

Hüsülü Bələdiyyəsinin sədri

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Hüsülü kəndi.