14 mart 2024, 15:30

Aynur Qarayevadan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Seçkilərdə qazandığınız inamlı qələbə münasibətilə Sizi ailəm adından səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycana rəhbərlik etdiyiniz illər ərzində müstəqil dövlətimizin hərtərəfli inkişafı və tərəqqisi üçün gördüyünüz davamlı işlər öz müsbət nəticələrini verir. 44 günlük Vətən müharibəsində qazandığınız tarixi qələbə ilə ölkəmizin ərazi bütövlüyünü təmin etdiniz, qalib xalqın qalib Sərkərdəsi kimi tarixə öz imzanızı atdınız.

Azərbaycan vətəndaşları fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində yenidən bir oldular, birlik göstərdilər və öz Müzəffər Ali Baş Komandanlarına dəstəklərini əsirgəmədilər. Xalqın böyük səs çoxluğu hər şeydən xəbər verir.

Hörmətli cənab Prezident, Allahdan Sizə möhkəm cansağlığı ailə səadəti, çox çətin və şərəfli işinizdə uğurlar arzulayıram.

Ulu Tanrı yar və yardımçınız olsun.

Hörmətlə,

Aynur Qarayeva

Azərbaycan Respublikası, Gəncə şəhəri.