15 mart 2024, 09:50

Cəfər Məmmədovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

İlk növbədə Sizi prezident seçkilərində qazandığınız layiqli qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Siz, prezidentlik dövrünüzün ilk günlərindən ölkəmizin tərəqqisi, xalqımızın rifahı naminə çalışmısınız. Əldə etdiyimiz uğurlar, nailiyyətlər Sizin yorulmaz, əzmkar fəaliyyətinizin nəticəsidir. Bizim üçün ən ümdə məsələ olan Qarabağ problemi həll edilmişdir. Sizin komandanlığınızla 44 günlük Vətən müharibəsi, antiterror tədbirləri sayəsində Cənubi Qafqazda yeni reallıqlar yaratdıq. Öncədən düşünülmüş addımlarınız tarixi Zəfərimizi şərtləndirdi. Biz çox xoşbəxt xalqıq ki, Sizin kimi Liderimiz, Prezidentimiz var.

Cənab Prezident, inanıram ki, bundan sonra da Vətənimiz Azərbaycan Sizin rəhbərliyinizlə yeni-yeni nailiyyətlərə imza atacaqdır. Sizə cansağlığı, uzun ömür arzulayıram.

Hörmətlə,

Məmmədov Cəfər Zakir oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri.