14 mart 2024, 17:53

Natiq Hüseynovdan, Saatlı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Yüksək səs çoxluğu ilə növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Bu qalibiyyətiniz xalqın Sizə olan sonsuz sevgisinin və yüksək ehtiramının parlaq təzahürüdür. Siz Vətənimizə və xalqımıza sədaqətlə xidmət göstərərək ümumxalq məhəbbətini qazanmısınız. Qədirbilən xalqımız bütün xidmətlərinizi yüksək qiymətləndirir, daim Sizi dəstəkləyir!

Hörmətli cənab Prezident, Allahdan Sizə uzun ömür, möhkəm cansağlığı, çoxşaxəli fəaliyyətinizdə uğurlar arzu edirəm.

Allah Sizi var eləsin!

Hörmətlə,

Natiq Qalib oğlu Hüseynov

Azərbaycan Respublikası, Saatlı şəhəri.