14 mart 2024, 16:34

Elmira Əliyevadan, Bakı, Azərbaycan

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan!

Sizi 7 fevral 2024-cü ildə keçirilmiş prezident seçkilərində qalib gəlməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Xalqımız ən doğru seçimin etdi. Bu onun sübutudur ki, Azərbaycan xalqı yalnız Sizə etimad göstərir. Ulu Öndər Heydər Əliyev siyasətinin uğurlu davamçısı məhz Sizsiniz.

Uca Tanrıdan arzum odur ki, Sizə uzun ömür qismət etsin və xalqın dəstəyi ilə uğurlarla zəngin siyasəti davam etdirəsiniz.

Hörmətlə,

Elmira Əliyeva

Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu.