14 mart 2024, 16:00

Xavər Abdunovadan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

2024-cü il fevralın 7-si Azərbaycan tarixinə “Zəfər” seçkisi kimi düşdü. Çünki ilk dəfə olaraq prezident seçkiləri ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan Respublikasında keçirildi.

Sizin müdrik və uzaqgörən siyasətiniz, qətiyyətli addımlarınız bizə qələbə sevincli günlər bəxş etdi. Ulu Tanrının qisməti ilə bu gün Qarabağımız tam azaddır. Çox sağolun, cənab Prezident! Qarabağlı günlərimiz mübarək olsun!

Əziz Prezident, Sizi 7 fevralda keçirilmiş növbədənkənar prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə ailəm adından təbrik edirəm. Allah Sizi və ailənizi öz pənahında saxlasın!

Hörmətlə,

Abdunova Xavər Bahadur qızı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.