14 mart 2024, 15:00

Əzizə İsmayılovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Sizin rəhbərliyinizlə dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər, o cümlədən əhalinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində atılan addımlar xalqımıza göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Cənab Prezident, bu gün çox sevincliyik, ona görə ki, Qarabağımız azaddır. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin ruhları şaddır. Bütöv Azərbaycanımızda keçirilmiş növbədənkənar prezident seçkilərinə görə çox qürurluyuq. Düşmən bizim gücümüzü gördü. Birlik rəmzinə çevrilən “dəmir yumruq”la ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik. Çox sağ olun! Allah Sizi başımızın üzərindən əskik etməsin!

Əziz Prezident, Sizə və ailənizə cansağlığı, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

İsmayılova Əzizə Samir qızı, səhiyyə işçisi.

Azərbaycan Respublikası, Bakı şəhəri.