14 mart 2024, 14:10

Gündüz Zamanovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Cənab Prezident, Sizin apardığınız xarici siyasətin bütün dünyada heyranlıqla izlənməsi, beynəlxalq arenada Azərbaycanın hər keçən gün daha da tanınması və nüfuzunun güclənməsi bizə böyük fərəh hissi yaşadır. Sizi ailəm və mən daima dəstəkləmişik. Tanrı Sizi və ailənizi qorusun!

Sizə Uca Tanrıdan möhkəm cansağlığı, uzun ömür, ölkəmizin tərəqqisi, xalqımızın firavanlığı naminə görəcəyiniz işlərdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Zamanov Gündüz Taryel oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri.