14 mart 2024, 12:48

Fərid Şərifovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident, tarix yazan Sərkərdəmiz!

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Mən Azərbaycan gənci olaraq, Sizinlə qürur duyuram. Hər zaman Sizin xidmətinizdə və əmrinizdəyik.

Sizinlə birlikdə Azərbaycan Respublikası daha əzəmətlidir və günü-gündən inkişaf edir. Sizin polad iradəniz, qətiyyətiniz, müdrikliyiniz sayəsində xalqımız istəyinə çatdı.

Təbriklər, cənab Prezident.

Hörmətlə,

Fərid Şərifov

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.