14 mart 2024, 11:36

Ramil Yahyayevdən, Şirvan, Azərbaycan

Hörmətli cənab Prezident,

Ötən ay ölkəmizdə keçirilən prezident seçkilərindəki qalibiyyətiniz münasibəti ilə Sizi ürəkdən təbrik edirəm.

Sizin uzaqgörən və məqsədyönlü siyasətiniz nəticəsində Azərbaycanın durmadan artan iqtisadi qüdrəti, regionda lider dövlət statusuna sahib olması, beynəlxalq təşəbbüsləri, reallaşdırdığı faydalı layihələr onun beynəlxalq nüfuzunu xeyli artırmışdır. Artıq beynəlxalq aləm bu gün dərindən anlayır ki, Azərbaycan dünya üçün nə qədər əhəmiyyətli və potensialı yüksək olan ölkədir.

Sizin yenidən Prezident seçilməyiniz gələcəyə olan ümidlərimizi cücərdir, könlümüzə fərah, gözlərimizə işıq verir. Biz birlikdə güclüyük və hələ çox zirvələr fəth edəcəyik.

Hörmətlə,

Ramil Yahyayev

Azərbaycan Respublikası, Şirvan şəhəri.