14 mart 2024, 11:05

Əhməd Musayevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Zəfər seçkisində mütləq qələbəniz xalqımızın Sizə olan etimadının bariz nümunəsidir.

Cənab Prezident, bu gün sevincimizin həddi-hüdudu yoxdur. Qarabağ həsrətinə son qoyularaq ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olundu. Yüksək sərkərdəlik məharətiniz, müdrik liderlik keyfiyyətləriniz xalqımıza tarixi zəfər, qələbə bəxş etdi.

Əziz Prezidentimiz, fürsətdən istifadə edərək Sizə cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Əhməd Musayev.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.