13 mart 2024, 12:24

Seymur Mamedovdan, Balakən, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi seçkilərdə qazandığınız qələbə münasibətilə səmimi-qəlbdən təbrik edir, uzun ömür, cansağlığı arzulayıram.

Sizin Azərbaycana rəhbərlik etdiyiniz illərdə ölkəmiz çox mühüm uğurlar qazanıb. Sizin sayənizdə artan gücümüz ölkəmizi regionun söz sahibinə çevirib.

Siz doğma Qarabağda 30 illik işğala son qoyaraq tarixi ədaləti bərpa edən qalib xalqın qalib Lideri kimi Azərbaycan tarixinə adınızı əbədi yazdırmısınız.

Sizi bir daha ürəkdən təbrik edir, böyük nailiyyətlər və uğurlar diləyirəm.

Hörmətlə,

Mamedov Seymur

Azərbaycan Respublikası, Balakən rayonu, Şambul kəndi