13 mart 2024, 13:00

Xəyyam Həsənovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Müzəffər Ali Baş Komandan!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Azərbaycanda bütün sahələrdə müşahidə olunan inkişaf və tərəqqi Sizin müdrik idarəetmə siyasətinizdən irəli gəlir. Siz Heydər Əliyev siyasi məktəbinin ən layiqli və uğurlu məzunu kimi xalqımız və dövlətimiz qarşısında böyük tarixi xidmətlər göstərirsiniz.

Ümummilli Liderimizin yolunu uğurla davam etdirən Prezidentimizlə, müdrik dövlət başçımızla, qalib sərkərdəmizlə – Sizinlə qürur duyuruq!

Allahdan Sizə uzun ömür, möhkəm cansağlığı, dövlətimizin daha da inkişafı, xalqımızın rifahının daha da yaxşılaşması naminə fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram.

Hörmətlə,

Xəyyam Firdovsi oğlu Həsənov

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.