13 mart 2024, 11:10

Sənan Hüseynzadədən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Azərbaycan xalqının böyük əksəriyyəti yüksək inam göstərərək növbəti dəfə Sizi dövlət başçısı seçdi. Güclü, qətiyyətli Lider olduğunuz üçün xalq öz taleyini yenidən Sizə etibar etdi.

Möhtərəm cənab Prezident, mən bir gənc kimi Sizinlə fəxr edirəm! Məqsədyönlü siyasətiniz nəticəsində ölkəmizdə gənclərin öz bilik və bacarıqlarını həyata keçirmələri, cəmiyyətdə layiqli yer tutmaları üçün hər cür şərait yaradılıb.

Azərbaycanı daha da qüdrətli dövlətə çevirmək üçün böyük zəhmət çəkən Prezidentimiz, biz hər zaman Sizin yanınızdayıq!

Ulu Tanrı Sizi və ailənizi qorusun!

Dərin hörmətlə,

Sənan Məmmədhüseyn oğlu Hüseynzadə

Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi.