13 mart 2024, 16:41

Murad Məmmədovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi 2024-ci il fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində qalib gələrək yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə öz və ailəm adından sidqi-ürəkdən təbrik edirəm. Bu seçkidə mütləq səs çoxluğu ilə qalib gəlməyiniz millətimizin Sizə qarşı olan sevgisini, hörmətini və ehtiramını göstərir.

Ulu Öndərimizin layiqli davamçısı olaraq, apardığınız bu zəfər, şərəf və qürur yolunda Sizi hər zaman dəstəkləmişik və dəstəkləyəcəyik.

Bu danılmaz bir faktdır ki, doğma Qarabağımızın düşmən işğalından azad olunması Sizin komandanlığınızla rəşadətli ordumuzun igid oğullarının şücaəti sayəsində mümkün oldu. Müdrik və məqsədyönlü siyasətiniz gələcək nəsillərə bir örnəkdir. Doğma Qarabağımızda dalğalanan üçrəngli Şanlı bayrağımız bizim üçün bir fəxr, qürur mənbəyidir.

Cənab Prezident, Allahdan Sizə cansağlığı, işlərinizdə müvəffəqiyyətlər arzulayıram. Sizinlə fəxr edirik. Tanrı Sizi və dövlətimizi qorusun!

Hörmətlə,

Murad Məmmədov, səhiyyə işçisi.

Azərbaycan Respublikası, Bakı şəhəri.