13 mart 2024, 15:50

Əzizxan Əzizovdan, Bakı, Azərbaycan

Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Sizi 7 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar prezident seçkilərində qalib gəlməniz münasibətilə səmimi-qəlbdən təbrik edir, yenidən ölkəmizə rəhbərlik etmənizdən məmnunluq duyuram.

Otuz il işğal altında olan torpaqlarımız Sizin qətiyyətiniz və əzminiz sayəsində qəsbkarlardan azad olundu. Özünüzün dediyiniz kimi, “dəmir yumruq” hər zaman yerindədir, Vətənimizi qoruyur, torpaqlarımıza göz dikənləri qorxuya salır.

Ümummilli Lider Heydər Əliyev məktəbinin və siyasi kursunun davamçısı, qalib ölkənin qalib Lideri olmağınızla hər zaman fəxr edir, qürur duyuram.

Cənab Ali Baş Komandan, müdrik dövlət xadimi, Sizə möhkəm cansağlığı, ölkəmizin inkişafı naminə ali fəaliyyətinizdə uğurlar arzu edirəm.

Hörmətlə,

Əzizxan Əzizov

Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.