13 mart 2024, 13:20

Lətif Zeynallıdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident, Heydər babamızın layiqli davamçısı,

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibəti ilə ürəkdən təbrik edir, şərəfli, çətin və məsuliyyətli fəaliyyətinizdə Sizə yeni uğurlar arzulayıram.

Bu gün Azərbaycanda bütün sahələrdə inkişafın şahidiyik. Elm və təhsil sahələri də bu baxımdan səciyyəvidir. Mən bir gənc elmi işçi kimi dövlətimizin elm sahəsinə və elm adamlarına yaradığı şəraitdən razılığımı ifadə etmək istəyirəm. Azərbaycanı daha xoş günlərin gözlədiyinə əminəm.

Tanrı Sizi və xalqımızı qorusun!

Dərin hörmətlə,

Lətif Zeynallı,

iqtisad üzrə fəlsəfə doktoru

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.