13 mart 2024, 13:57

Vüsal Bayramovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Xalqımız yenidən əvəzolunmaz Prezidentini – Sizi seçdi. Bir vətəndaş olaraq buna çox sevindim.

Cənab Prezident, Sizə növbəti prezidentlik fəaliyyətiniz dövründə ölkəmizin tərəqqisi, xalqımızın rifahı naminə yorulmaz və əzmkar fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Ulu Tanrı yar və yardımçınız olsun!

Hörmətlə,

Bayramov Vüsal Şirinbala oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri.