13 mart 2024, 10:20

Elbəy Məmmədovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizi növbədənkənar prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Siz Azərbaycan xalqının birmənalı etimad ünvanısınız. Xalqın sizə böyük inamının, rəğbətinin, məhəbbətinin səbəblərini sadalamaqla bitməz. Məhz Sizin sayənizdə bu gün Azərbaycan özünün ən yüksək inkişaf zirvəsinə çatıb, beynəlxalq aləmdə böyük nüfuza, möhkəm mövqeyə malikdir. Vətəndaşlarımız sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşayırlar. Ən əsası, Siz torpaqlarımızı işğaldan azad etməklə, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə bizə qürur doğuran qalib adını bəxş etmisiniz. Siz yorulmaz əzmlə gecə-gündüz Vətənin, xalqın firavanlığı üçün çalışırsınız.

Əziz Prezident, Azərbaycan xalqı xoşbəxt gələcəyini yalnız Sizin müdrik rəhbərliyinizdə, uzaqgörən siyasətinizdə görür. Bu istiqamətdə görəcəyiniz işlərdə Sizə müvəffəqiyyətlər arzulayıram.

Tanrı Sizi və ailənizi qorusun!

Hörmətlə,

Elbəy Hürriyət oğlu Məmmədov

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu