12 mart 2024, 18:00

Gülsüm İbrahimovadan, Bakı, Azərbaycan

Çox hörmətli Prezidentimiz İlham Əliyev.

Yenidən Prezident seçilərək xalqımıza növbəti dəfə böyük sevinc yaşatdığınıza görə Sizə ailəm adından təşəkkürümüzü bildirir, Sizi təbrik edirəm. Bu seçkilərin nəticələri Azərbaycan xalqının Sizə sarsılmaz inam və etimadını bir daha nümayiş etdirdi. Azərbaycan xalqı inkişafa, tərəqqiyə, təhlükəsizliyə, firavanlığa, “dəmir yumruğ”a səs verdi. Xalqın böyük ruh yüksəkliyi ilə iştirak etdiyi 7 fevral seçkiləri onun öz Liderinə olan sonsuz ehtiramının ifadəsi idi.

Sizə və ailə üzvlərinizə möhkəm cansağlığı, uzun ömür, işlərinizdə möhtəşəm uğurlar arzulayıram.

Hörmətlə,

Gülsüm İbrahimova

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.