12 mart 2024, 17:00

Tahir Hüseynovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Növbədənkənar prezident seçkilərində qalib gəlməyiniz münasibətilə ailə üzvlərim adından Sizi səmimi-qəlbdən təbrik edirəm. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçildiyiniz üçün çox sevinirəm.

Azərbaycanın qazandığı qələbələrin, misilsiz uğurların, yüksək nailiyyətlərin təməlində xalq-iqtidar birliyi dayanır. Bu birlik fevralın 7-də bir daha özünü göstərdi, xalq öndə gedən liderini yenidən dövlət başçısı seçməklə, Sizin siyasətinizə inandığını sübuta yetirdi.

Azərbaycanı xoş gələcəyə aparan Prezidentimiz, Siz bizim üçün çox dəyərlisiniz. Sizə uzun ömür, möhkəm cansağlığı, dövlətimizin tərəqqisi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Allah Sizi və ailənizi qorusun!

Hörmətlə,

Tahir Məmmədhüseyn oğlu Hüseynov

Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi.