12 mart 2024, 15:50

Osman Əhmədzadədən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə sidqi-ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycan Respublikası özünün ən qüdrətli çağlarını yaşayır. İndiyədək belə güclü olmamışdıq. Sizin məqsədyönlü siyasətiniz və praqmatik addımlarınız sayəsində qələbələrə doğru yeni zirvələr fəth etdik. O zirvələr ki, Vətənimiz Azərbaycanı bütövləşdirdi.

Cənab Prezident, ölkəmizdə hər bir sahədə müşahidə olunan inkişafı, tərəqqini gördükcə bir Azərbaycan vətəndaşı kimi mən də fərəh və qürur hissi keçirirəm. Bütün bunlar Sizin necə də güclü Lider, Prezident olduğunuzu sübut edir.

Sizə möhkəm cansağlığı, uzun ömür, ölkəmizin növbəti qələbələrə doğru aparılması naminə yorulmaz və əzmkar fəaliyyətinizdə yeni-yeni uğurlar, nailiyyətlər arzulayıram. Tanrı Sizə yar olsun!

Hörmətlə,

Əhmədzadə Osman Azad oğlu, təhsil işçisi.

Azərbaycan Respublikası, Bakı şəhəri.