12 mart 2024, 15:20

Gülöyşə Əhmədzadədən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Sizi Prezident seçkilərindəki inamlı qələbəniz münasibəti ilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, tükənməz enerji, gələcək fəaliyyətinizdə uğurlar və yeni zəfərlər arzu edirəm.

Sizin Vətənimiz üçün misilsiz xidmətlərinizi, böyük işlərinizi xalqımız hər zaman təqdir edir. İllərlə bizi üzən, qəlbimizi göynədən Qarabağ məsələsi də Sizin və Ali Baş Komandanı olduğunuz Ordumuzun sayəsində həll olundu, yağı düşmən torpaqlarımızdan qovub çıxarıldı.

Cənab Prezident, ölkəmizin tərəqqisi naminə gördüyünüz bütün işlərdə nəsibiniz hər zaman uğur olsun.

Hörmətlə,

Gülöyşə Əhmədzadə,

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.