12 mart 2024, 14:10

Bakir Həsənovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi.

Azərbaycan xalqı Sizin ətrafınızda sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu gün Azərbaycan xalqı Sizinlə - uğurlu Sərkərdə ilə fəxr edir.

Cənab Prezident, Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibəti ilə ailə üzvlərim adından təbrik edir, Sizə uzun ömür, cansağlığı, gələcək fəaliyyətinizdə müvəfəqiyyətlər arzulayıram.

Hörmətlə,

Həsənov Bakir

Azərbaycan Respublikası, Bakı şəhəri