12 mart 2024, 13:32

Sədaqət Atakişiyevadan, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Siz həmişə qalib olmağa layiq Lidersiniz. Çünki Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini bərpa edən müdrik dövlət başçısı məhz Sizsiniz!

Gələcəyə hesablanmış uzaqgörən siyasətiniz sayəsində ölkəmiz hərtərəfli inkişaf edir. Rəhbərliyiniz altında Azərbaycanda bütün sahələrdə sürətli inkişaf müşahidə olunur, regionlarımız inkişaf edir, müasirləşir. Qürurla qeyd edə bilərəm ki, azad edilmiş ərazilərimiz yenidən bərpa olunaraq cənnətə çevrilir. Əzəli torpaqlarımıza həyat qayıdır! Uzun illərdir arzularında yaşatdıqları, xəyallarını qurduqları diləkləri gerçək olan həmvətənlərimiz doğma yurda qayıdışın sevincini və qürurunu yaşayırlar.

Xalqına sevinc bəxş edən, qürur yaşadan Prezidentimiz, Allah Sizi bizə çox görməsin!

Uca Tanrıdan Sizə uzun ömür, möhkəm cansağlığı, gələcək fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

Sədaqət Güloğlan qızı Atakişiyeva

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.