12 mart 2024, 13:00

Fərman Abdiyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Ölkəmizin müstəqillik tarixinə Zəfər seçkisi kimi daxil olan 7 fevral prezident seçkilərində böyük səs çoxluğu ilə qazandığınız qələbə münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Bu qələbə Azərbaycan xalqının Sizə olan yüksək etimadının əyani göstəricisi, ötən 20 il ərzində gördüyünüz böyük işlərə verdiyi qiymətdir. Məhz bu illər ərzində Azərbaycanda bütün sahələrdə dayanıqlı və davamlı inkişafa nail olunmuş, xalqımızın rifah halı yaxşılaşmış, ölkəmiz dünyada söz sahibinə çevrilmişdir. Müdrik xalqımız Sizə səs verməklə yeni zəfərlərə, tərəqqi və rifah dolu parlaq gələcəyə yol açmış oldu. Odur ki, Sizin növbəti dəfə dövlət başçısı seçilməyiniz yeni tarixi dövrün başlanğıcı kimi böyük əhəmiyyətə malikdir.

Müzəffər Ali Baş Komandan olaraq Sizin polad iradəniz, qətiyyətiniz, əzmkarlığınız, “Dəmir yumruğu”nuz sayəsində torpaqlarımız işğaldan azad olundu, ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edildi. Siz bizə qalib dövlətin qalib vətəndaşları olmağın xoşbəxtliyini bəxş etdiniz. Sizə təşəkkür edirik. İnanırıq ki, Siz həmişə xalqımızı yeni-yeni qələbələrlə sevindirəcəksiniz. Ölkəmizi yeni zirvələrə doğru aparan yolda Sizə müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

Fərman Xanlar oğlu Abdiyev

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu