12 mart 2024, 12:33

Elnarə Süleymanovadan, Mingəçevir, Azərbaycan

Möhtərəm cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Siz bizə Zəfər bəxş etmiş uzaqgörən dövlət başçısısınız. Ali Baş Komandanlığınızla şanlı Ordumuz Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini bərpa etdi. İllərlə işğal altında qalmış torpaqlarımızı düşməndən azad edərək, Azərbaycanın qüdrətini dünyaya nümayiş etdirdiniz.

Siz Azərbaycan xalqının təhlükəsizlik, əmin-amanlıq şəraitində xoşbəxt yaşayışının təminatçısısınız. Allah hər zaman Sizə yar olsun.

Bir daha qələbəniz münasibətilə Sizi təbrik edir, gələcək fəaliyyətinizdə Sizə yeni uğurlar arzulayıram. Ölkəmizi işıqlı gələcəyə doğru aparan müdrik Prezidentimiz, Sizinlə fəxr edirik!

Allah Sizi və ailənizi qorusun, sizə sağlam ömür nəsib etsin.

Hörmətlə,

Elnarə Rafiq qızı Süleymanova

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.