11 mart 2024, 16:45

Xalidə Daşdəmirovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində Azərbaycan vətəndaşları səsvermə hüququndan istifadə edərək Sizi mütləq səs çoxluğu ilə yenidən Prezident seçdi. Layiqli qələbəniz münasibətilə Sizi təbrik edirəm.

Ali Baş Komandan olaraq güclü dövlət və ordu strategiyanız, milli birliyimiz və döyüşçülərimizin ruh yüksəkliyi sayəsində biz Qələbə əldə etdik. 44 günlük Vətən müharibəsində bütün dünya xalqımızın əzminə, Ordumuzun döyüş qabiliyyətinə şahid oldu.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, uzun ömür, yeni prezidentlik fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Xalidə Cəbrayıl qızı Daşdəmirova, Vətən müharibəsi iştirakçısı, cəsur döyüşçü, qazi Qədir Daşdəmirovun anası.

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi.