11 mart 2024, 16:30

Abbas Hacıyevdən, Quba, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İnanıram ki, Sizin güclü və düşünülmüş siyasətiniz nəticəsində dövlətimiz daha da güclənəcək, yeni-yeni uğurlara imza atacaqdır.

Cənab Prezident, bu gün Sizin rəhbərliyinizlə ölkəmiz “sabitlik adası”na çevrilmişdir. Gördüyünüz işlər danılmazdır və təqdirəlayiqdir.

Sizə çətin və şərəfli vəzifənizdə müvəffəqiyyətlər, xalqımızın parlaq və xoşbəxt gələcəyi naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Hacıyev Abbas Azər oğlu, elmi işçi.

Azərbaycan Respublikası, Quba rayonu, Zərdabi qəsəbəsi.