11 mart 2024, 14:47

Qaşqay Məmmədovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Sizin yüksək komandanlığınız və yenilməz ordumuzun şücaəti sayəsində 44 günlük Vətən müharibəsində torpaqlarımız erməni işğalçılarından azad olundu. Sizə və ordumuza təşəkkür və minnətdarlığımızı bildiririk. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyirik. Sizinlə fəxr edirik. Yaxşı ki, varsınız və həmişə var olasınız!

Cənab Prezident, Sizə cansağlığı, uzun ömür, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Məmmədov Qaşqay İsrafil oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri.